Azərbaycanİran

İranda əxlaq polisi ləğv olunur – Rəsmi Tehran etirazlara məğlub olur yoxsa…- SƏBƏBLƏR

İranda pik həddə çatan etiraz dalğaları ölkədəki molla rejimini geri addım atmağa vadar edib. Belə ki, rejim ona qarşı artan izdihamlar qarşısında əriyərək, ölkədə 1979-cu ildən qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib.

Daş yumşala bilərmi..? 

İranın prezidenti İbrahim Rəisi ötən gün İran televiziya kanallarından birində çıxış edərkən ölkədə konstitusiyaya dair heç bir çıxılmaz vəziyyətin olmadığını deyib. O, yeri gəldikdə konstitusiyaya əlavələrin edilməsi və təkmilləşdirilməsinin mümkünlüyünü vurğulayıb. İlk addım kimi rəsmi Tehran ölkə daxilində “əxlaq polisini” ləğv edib. Açıqlamada isə bildirlib ki, qanun qəbul edilərkən, bu polisin “hüquq-mühafizə sistemi” ilə heç bir əlaqəsi olmayıb.

Maraqlı məqamlardan biri budur ki, ölkədə ölüm hökmü, həbslər və caza maddələrinin dəyişdirilməsi ilə bağlı qərarlara toxunulmayıb. Rejim bəsit maddələrin ləğvi ilə sanki ölkədə bir qədər etirazları yumşaldıb özünə vaxt qazanmağa çalışır yaxud da…

Elyar Kamrani: İran, seçimlərdə Azərbaycanla bağlı məqsədinə yetişəcək? -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Məsələ ilə bağlı Güney azərbaycanlı siyasi analitik Elyar Kamrani qanundakı bəzi gizli məqamları Ednews üçün şərh edib. Onun sözlərinə görə İranda əxlaq polisinin aradan götürülməsi məhz rejimin öz cinayətlərini ört-bastır etmək məqsədi daşıyır.

“İranda molla rejimi tərəfindən hicaba qarşı etiraz edən Məhsə Əmininin öldürülməsindən sonra ölkədə etirazlar başladı. Hər kəs bunu gözəl bilir ki, bu hadisədə əsl səbəbkar məhz əxlaq polisi olub. Hesab edirəm ki, bunun əsas səbəbi rejimin xalq üçün rahatlıq yaratması deyil, öz cinayətlərinin üzərinə pərdə örtməyə çalışmasıdır”.

Ekspert əlavə edib ki, əxlaq polisinin ləğvi ilə bağlı qərar hələ ki, sual altında olan məsələdir.

“İranda bu günədək bir çox etirazlar olub, lakin hökumət xalqın etirazlarına cavab olaraq heç bir adekvat addım atmayıb. Əksinə bütün qəddar gücü ilə toplumu boğmağa çalışıb və sonda özünü məsum kimi göstərib. Bu gün rejim gəginliyi azaltmaq məqsədilə də belə bir təklifi ortaya atmış ola bilər. Çünki bu barədə İran prokurorluğu açıqlama verərkən, qərar haqda konkret nəticədən danışmayıb. Gümanki etirazlar yatırıldlqdan sonra İran rejimi əvvəlki prinsiplərinə qayıda bilər”.

Elnur Ənvəroğlu

https://ednews.net/az/news/politics/558870-iranda-exlaq-polisi-legv-olunur

Related Articles

Bir cavab yazın

Back to top button