Azərbaycanİran

İran mediasının növbəti təxribatı: “Bakı tamahkardır: Türkiyə və İsrailin Qafqazda məşum rolu”

“İran diplomatiyası" saytı yazır ki, Ermənistanın Qafqazın gələcəyinə yanaşmasını, regional və beynəlxalq güclərin fəallığının bu bölgənin gələcəyinə təsirini araşdırmaq üçün Tehrandakı Abrar-e Müasir İnstitutunda Qafqazın gələcəyinə baxışa dair görüş keçirilib.

Tədbirə qatılan Ermənistanın İrandakı səfiri Arsen Avakyan belə görüşlərin keçirilməsini vacib sayıb: “İran şirkətlərinin Sünikdə tikinti layihələri həyata keçirməsini alqışlayırıq. Bakı çoxlu hücumlara görə məsuliyyət daşıyır”.

“Mən 44 günlük savaşdan sonra bölgədə yaradılmış ümumi şəraitə münasibət bildirirəm və Ermənistanın Qafqazda baş verən proseslərə, xüsusilə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması və mövcud çağırışlarla bağlı siyasətini və baxışını şərh edirəm. 2020-ci ildə 44 günlük savaşdan sonra Azərbaycan hökuməti tamahkar siyasət yürüdür və hesab edir ki, Ermənistana istənilən şərtləri qəbul etdirə bilər..”,- erməni səfir deyib.

Related Articles

Bir cavab yazın

Back to top button