İran

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

İranın baş prokuroru Məhəmməd Cəfər Muntəzirinin "Əxlaq" polisinin (Gəşti İrşad) məhkəmə sisteminə aidiyyatı olmadığı barədə açıqlaması qurumun ləğv edildiyi demək deyil.

İranın baş prokurorunun dekabrın 3-də “Əxlaq” polisinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.

Məhəmməd Cəfər Muntəziri son etirazlarlə bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda Əxlaq polisinin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında deyib: “Əlbəttə, hüquq mühafizə irqanları cəmiyyətin davranışına  nəzarət edir.”

İranın dini mərkəzlərinə bağlı ərəb dilli “Əlaləm” saytı baş prokurorun çıxışının “Əxlaq” polisinin ləğv edildiyi anlamına gəlmədiyini və bundan sonra onun hüquq mühafizə orqanlarının tərkibində fəaliyyət göstərəcəyi ehtimalını yazıb.

Bununla yanaşı İranda bir çox nüfuzlu siyasi fəal və media nümayəndələri də, “Əxlaq” polisinin tamamilə ləğv ediləcəyinə inanmadıqlarını, sadəcə onun formasının dəyişə biləcəyini və İslam Respublikası durduqca belə qurumların da mövcud olacağını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button