İran

İranda 11-ci məclis seçkisinin ikinci mərhələsi başladı

İranda koronavirusun geniş yayılmasına baxmayaraq, 21 şəhrivər 10 seçki hövzəsində İslami Şura Məclisinin 11-ci seçkilərinin ikinci mərhələsi başlayıb. 208 seçki hövzəsindən namizədlərə verilən rəylərin sayının doğru rəylərin yüzdə 20-dən azını topladığı 11 hövzədə seçkilər ikinci mərhələyə keçirilib.
Bu seçkilər fərvərdinin 29-da keçirilməsi nəzərdə tutulsa da, pandemiyə görə rəyvermənin ikinci mərhələsi 21 şəhrivər tarixinə yubanılmışdı.
Son günlərdə Nigəhban Şurası görünməmiş addım ataraq, rəyvermənin ikinci mərhələsinə keçən şəxslərin namizədliklərini ləğv edib. Şərqi Azərbaycan ustanının Miyana seçki dairəsində birinci mərhələdə namizədliyi təyid edilmiş iki şəxsdən birinin namizədliyi ləğv edilib. Beləliklə, 11-ci məclisə seçkilərin ikinci mərhələsi 10 dairədə keçiriləcək. Bu dairələr aşağıdakılardır: İsfahan ustanı üzrə Semirom və Lencan, Əlborz ustanı üzrə Kərəc və Eştehard və Fərdis, İlam ustanı üzrə Dehloran, Dərəşəhr, Abdanan və Bədrə, Ələ-hvaz ustanı üzrə Əhvaz, Bavi, Həmidiyyə və Ka:run, Zəncan ustanında Zəncan və Tarım, Kürdüstan ustanı üzrə Bicar, Kermanşah ustanında qərbi İslamabad, Dalahu Kürdküy və nəhayət Gülüstan ustanında Türkmən, Bəndər-Gəz və Qomişan dairələri.

Related Articles

Bir cavab yazın

Back to top button