İran

İranda 14 milyon 500 min uşaq pis qidalanır

İranda ərzaq məhsullarının qiymətlərinin kəskin artması yoxsulluğun və qida çatışmazlığının artmasına səbəb olub.

Məktəblərin açılması yaxınlaşdıqca uşaqların qidalanması ilə bağlı narahatlıqlar artıb.

Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin Sosial Rifah Tədqiqatları üzrə Baş direktoru Seyid Hadi Musavinik İranda uşaqların qida çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, İranda 14 milyon 500 min uşaq qida çatışmazlığından əziyyət çəkir və onlardan 10 milyona yaxını 12 yaşa qədərdir.

Musavinik, həmçinin xəbərdarlıq edib ki, İran əhalisinin təxminən 57 faizi qidasızdır və bu, humanitar fəlakətdir.

Related Articles

Bir cavab yazın

Back to top button