AzərbaycanDünyaİranMəqalələr

Təbriz orta əsrlərdə – Atabəylər (Eldənizlər) zamanında (1136-1225)

İraq-Səlcuq sultanlığının (1118-1194) vəziri Əbu Hamid Əli ibn Əhməd əs-Süleyrəmi tərəfindən İraqda qul kimi alınan Şəmsəddin Eldəniz 1122-ci ildə Səlcuq sultanının mülkünə aid edildi.

Sultan Mahmudun ölümündən sonra hakimiyyətə gələn II Sultan Toğrul (1132-1135) Eldəniz Sultanın şəxsi məmlükləri sırasına keçirildi.

Zəkası və qabiliyyətləri ilə qısa müddətdə sultanın diqqətini cəlb etməyi bacaran Eldəniz müvəffəqiyyət pillələrini sürətlə çıxaraq Sultan Məsudun köləsi kimi başladığı həyatını Azərbaycan Atabəylər dövlətinin (1136-1225) qurucusu olaraq tamamladı. O, əmir rütbəsi aldı və II Toğrulun azyaşlı oğlu Arslan şahın atabəyi təyin edildi.

Yeni sultan Məsud (1135-1152) Şəmsəddin Eldənizi II Toğrulun dul qalmış qadını ilə evləndirdi. 1136-cı ildə Sultan Məsud Appanı ona iqta versə də, Şəmsəddin yayaş-yavaş bütün Azərbaycana yiyələndi. O, Azərbaycan canişini ikən gürcü və abxaz hücumlarına qarşı qoruduğu Aran və Şirvan bölgəsi də Səlcuq imperiyasının tərkibinə daxil edilmişdir.

1213-cü ildə bölgəyə səyahət edən islam coğrafiyaçısı Yaqut ibn Abdullah əl-Həməvi Eldənizin dövründə daha da inkişaf edən Təbrizin əhəmiyyətli bir sənət mərkəzi olduğundan bəhs edir.

Təbriz paytaxt olaraq Azərbaycan Atabəylərindən Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın dövründə yalnız iqtisadi və siyasi cəhətdən deyil, memarlıq baxımından da inkişaf etmişdi. Bu dövrdə sənət və ticarətə xüsusi əhəmiyyət verilmiş, ipək parça və cübbə kimi ticarət mallarının ixracı artmışdı. Elm və ədəbiyyat inkişaf etmiş, mədrəsələrdə dini təhsillə yanaşı, riyaziyyat, astronomiya, fizika və kimya dərsləri də tədris olunmuşdu. Kitabxanalar və müxtəlif sosial mərkəzlər yaradılmışdı.

Monqollar 1220-ci ilin qış aylarında Təbriz qala divarlarının ətrafında görünmələrinə baxmayaraq, Atabəy Özbək buna ciddi əhəmiyyət vermədi və buna qarşı heç bir tədbir görmədi. Nəhayət, monqollara təzminat olaraq verdiyi mal, əşya və minik heyvanları ilə onların qarşısını ala bilməyəcəyini başa düşdüyü anda gürcülərlə əməkdaşlıq etmək məcburiyyətində qaldı.

Sonrakı il monqollar yenidən hücum etdikləri zaman Atabəy Özbək Naxçıvana qaçdı. Təbriz xalqı isə qorxmayaraq döyüşmək və özlərini sonuna qədər müdafiə etmək məqsədilə təşkilatlandı. Vəziyyətdən xəbərdar olan monqollar müəyyən miqdarda təzminatla kifayətləndi, Təbriz şəhərinə toxunmadan geri çəkildilər. Xalqının qəhrəmanlıqları sayəsində Təbriz Azərbaycanda monqol hücumuna məruz qalmayan yeganə şəhər olmuşdur.

Qeyd edək ki, hazırladığımız tarixi məqalələrin “Təbriz orta əsrlərdə” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button