İran

İranda 1988-ci il edamlarında Rəisinin rolunun araşdırılmasına çağırış edilib

"Aznews tv" xəbər verir ki, Birləşmiş Millətlərin 460 keçmiş hakimi və müfəttişi Mişel Baçeletə açıq məktub yazaraq xahiş ediblər ki, həmin dövrdə İran rejimi tərəfindən edam edilmiş 3 mindən çox məhbusun məsələsi ilə bağlı beynəlxalq araşdırma başlatsın.

Bir sıra Nobel Sülh Mükafatı laureatları və Birləşmiş Millətlər Təşkilatının keçmiş rəsmiləri sözügedən təşkilatın İnsan Hüquqları üzrə Ali Komissarına müraciə edərək İranda 1988-ci ildə minlərlə siyasi məhbusun kütləvi edam edilməsi, habelə İranın indiki prezidenti İbrahim Rəisinin bu məsələdə rolunun araşdırılmasını istəyiblər.

“Aznews tv” xəbər verir ki, Birləşmiş Millətlərin 460 keçmiş hakimi və müfəttişi Mişel Baçeletə açıq məktub yazaraq xahiş ediblər ki, həmin dövrdə İran rejimi tərəfindən edam edilmiş 3 mindən çox məhbusun məsələsi ilə bağlı beynəlxalq araşdırma başlatsın.

Yanvarın 27-də yayılan bu məktubda bildirilib ki, sözügedən qətliamda prezident İbrahim Rəisi və ölkənin məhkəmə sisteminin indiki rəisi Qulamhüseyn Mohseni Ejeinin də əli olub.

Qeyd edək ki, 1988-ci ildə İranın molla rejimi tərəfindən 3 mindən çox siyasi məhbus öz düşüncələrindən əl çəkmədikləri üçün edam edilərək İranın hər yerində kütləvi məzarlıqlarda basdırılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button