Dünya

İsrail ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib

İsrail Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ABŞ-də yaşayan 10 minə yaxın insanı səfərbər edib. Bu barədə “The Washington Post” İsrail diplomatik dairələrində adı açıqlanmayan mənbəyə istinadən yazıb.

“ABŞ-da yaşayan 10 minə yaxın insan oktyabrın 7-dəki hücumdan sonra çağırış bildirişi alaraq İsrailə hərbi xidmətə gəliblər”, – mənbə qeyd edib.

Bu rəqəmə “İsraillə əlaqəsi olan” ABŞ vətəndaşları və tələbələrlə işçilər kimi digər sakinlər də daxil olduğu vurğulanır.

Fələstin – İsrail münaqişəsinin gərginləşməsi başlayandan bəri İsrail 300 min ehtiyatda olan əsgəri orduya çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button