İran

İranda 3 gündür axtarılan sabiq deputatın meyidi tapıldı

İtkin düşən keçmiş deputatın meyiti tapıldı - İranda

İranda itkin düşmüş sabiq deputat Seyyid Əli Hüseynzadənin meyiti tapılıb.

Tehran bürosunun məlumatına görə, bu barədə Kohkuliyə-Boyer Əhməd əyalətinin ekspertiza mərkəzinin müdiri Möhsin Cəlil bildirib.

Möhsin Cəlil qeyd edib ki, axtarışı zamanı 60 yaşlı sabiq deputatın meyiti Yasucun Əbuzər xiyabanında yerləşən yarımçıq tikilinin liftinin şaxtasında aşkar edilib.

Qeyd edək ki, sabiq deputat 3 gün öncə itkin düşüb.

Xatırladaq ki, Seyyid Əli Hüseynzadə 1984-1988-ci illərdə parlamentdə deputat olub. Eyni zamanda Kohkuliyə-Boyer Əhməd əyalətinin İslami İrşad və Mədəniyyət Nazirliyində çalışıb.

Deputatın ölüm səbəbi araşdırılır.

(APA )

Related Articles

Bir cavab yazın

Back to top button