İran

İranda 3 milyon şagird qəzalı məktəblərdə təhsil alır

İranda 3 milyon şagird qəzalı və uçmaq təhlükəsi olan məktəblərdə təhsil alır.

Bu barədə “Məktəb İnşa edən xeyriyyə cəmiyyəti”nin başçısı Nasir Qofli bildirib.

O, son illər xeyriyyəçilərin 3500 məktəb inşa etdiklərini, ancaq dövlətin bu sahədə hər hansı ciddi layihə gerçəkləşdirə bilmədiyini qeyd edib.

Qeyd edək ki, xüsusən son illər İranın Təhsil Nazirliyi və başqa əlaqədar qurumlar yeni məktəblərin inşası və qəzalı məktəblərin bərpası üçün yetərli büdcə ayırmadığına görə bu sahədəki çatışmazlıqlar xeyriyyəçilərin hesabına aradan qaldırılır.

Related Articles

Bir cavab yazın

Back to top button