İran

İranda 3 yəhudi həbs edilib

İranda son etiraz aksiyaları ilə əlaqədar 3 yəhudinin təhlükəsizlik məmurları tərəfindən həbs edildiyi bildirilir.

İran insan haqları müdafiəçilərinin də yaydığı məlumat İsrailin “Yerusəlim Post” qəzetində də dərc edilib.

Bununla yanaşı İsrailin “Kan” xəbər saytı da xəbəri təsdiq edərək, 3 yəhudidən birinin 20 gün saxlanıldıqdan sonra sərbəst braxıldığını, başqa ikisinin həbsdə saxlanıldığını bildirib.

Məlumatlarda həbs edilən yəhudilərin kimliyi və harada həbs edildikləri barədə hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl İranda yaşayan 100 mindən çox yəhudinin əksəriyyəti 1979-cu il inqilabından sonra ölkəni tərk edib.

Hazırda İranda 10 minə yaxın yəhudinin yaşadığı iddia edilsə də, onların çoxu kimliklərini gizlətmək məcburyyətində qalırlar. (axar.az)

Related Articles

Bir cavab yazın

Back to top button