İqtisadiyyatİran

İranda 39 faiz inflyasiya gözlənilir

1400-cü ildə İranda yüzdə 39 təvərrüm gözlənilir. Bu barədə Uluslararası Pul Sandığının rəsmi saytında yayımlanan açıqlamada bildirilib. Ötən il isə İranda təvərrüm yüzdə 36,5 olub. Rapora görə, ölkənin keçən ilki iqtisadi artımı müsbət yüzdə 1,5 olub. Keçən ilin payızında yayımlanan raporda bu rəqəm mənfi yüzdə 5 həddində ön görülüb. Bu il İranın iqtisadi artımının müsbət yüzdə 2,5 həddində olacağı gözlənilir. Ölkənin 1397 və 98-ci illərdə də iqtisadi artımı ardıcıllıqla mənfi yüzdə 6.8 və yüzdə 6 olaraq dəyərləndirilib.
Uluslararası Pul Sandığı İranda işsizliyin keçən il yüzdə 11,2 olduğunu, 1400-cü ildə isə yüzdə 11,7-ə çatacağını bildirir. Qeyd edək ki, İran dünyada ən yüksək təvərrümllü ölkələrdəndir.

Related Articles

Bir cavab yazın

Back to top button