İran

İranda 448 etirazçı öldürülüb

İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 25-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayı açıqlanıb.

İran İnsan Haqları Təşkilatının noyabrın 25-i səhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 24 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 63-ü uşaq olmaqla 448 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button