İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2 etirazçı edam edilib, 11-i barədə edam hökmü çıxarılıb və daha 47 nəfərə qarşı ölüm cəzası ilə nəticələnə biləcək ittihamlar irəli sürülüb.
Bu şəxslərə qarşı irəli sürülən ittihamların saxta olduğu, onlardan işgəncə altında etiraf alındığı və müstəqil vəkil tutmaq hüququndan məhrum edildikləri bildirilir.
Qeyd edək ki, bundan öncə Məcid Rza Rəhnəvərd və Möhsün Şikarı etiraz aksiyalarına qatıldıqları üçün saxta ittihamlarla günahlandırılıb və edam ediliblər.
Onlardan işgəncə altında məcburi etiraf alındığı qeyd edilir.