İran

İranda 8 məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi əlumata görə, Ərdəbil, Şiraz və Bircənd şəhərlərinin zindanlarında 8 məhkum edam edilib.

Onlar bilərəkdən adam öldürməkdə və narkotik maddələrin satışında ittiham olunduqları üçün edam cəzasına məhkum edilmişdilər.

Adam öldürdüyünə görə Ərdəbil zindanında edam edilən azərbaycanlı məhkumun Mehdi Təzəkküri olduğu bildirilir.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button