Cəmiyyətİran

İranda 9 yaşlı qızı ərə verdilər – VİDEO

İranın Boyər-Əhməd əyalətinin Bahmay dairəsində 22 yaşlı kişi 9 yaşlı qızla evlənib.

Aznews.tv xəbər verir ki, yetkinlik yaşına çatmayan qızla evlənən şəxs, İslam İnqilabı Keşikçiləri Korpusuna daxil olan Bəsic qüvvələrinin döyüşçüsü Milad Çeşanidir.

Çeşani qızın 13 yaşı olduğunu iddia etsədə, məlum olub ki, onun hələ 9 yaşı var.

Məlumata əsasən, Çeşani evlilik barədə icazəni dairənin islam məhkəməsindən alıb.

Qeyd edək ki, İranda kişilər 15, qızlar isə 13 yaşından ailə qura bilərlər.

2002-ci ilədək qızları qanunla 9 yaşdan ərə vermək mümkün idi.

İrandakı molla rejimi erkən nigahları təbliğ edir.

Ruhani kəsimin fikrincə, guya, erkən nigahlar insanların zina etməsinin qarşısını alır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button