İran

İranda ana özünü və 5 yaşlı qızını binadan ataraq intihar edib

İranlı gənc xanım həyat yoldaşı ilə mübahisə etdikdən sonra 5 yaşlı qızını binanın 4-cü mərtəbəsinin pəncərəsindən aşağı atıb və daha sonra özünü də balkondan yerə ataraq intihar edib.

Cəsədlərin tibbi ekspertizaya gətirilməsindən sonra xanımın ailəsi onun intihar deyil, qətlə yetirildiyini iddia edib. Hadisənin mayın 8-də Tehran vilayətinin Kərəc şəhərində baş verdiyi bildirilir.

Hadisənin şahidləri bu barədə deyiblər: “Qonşu uşağın ağlama və fəryad səslərinə yuxudan dik atıldıq və pəncərədən küçəyə baxdığımızda şok olduğumuz həmin səhnəni gördük. 5 yaşlı qız binanın həyətində yerə düşmüşdü və qəflətən anası da özünü pəncərədən yerə atdı”.

Xatırladaq ki, İranda iqtisadi durumun acınacaqlı vəziyyətdə olması bir çox ailələr arasında müxtəlif ailə münaqişələrinin də yaranmasına səbəb olur ki, bu da bir sıra hallarda xoşagəlməz cinayət yaxud intihar halları ilə nəticələnir.

Related Articles

Bir cavab yazın

Back to top button