İran

İranda aylıqlarının verilməməsinə etiraz edən üç fəhlə “özünü yandırdı”

İranın Azad İşçilər Birliyi üç fəhlənin Kermanşahın Yol və Şəhərsalma İdarəsinin qarşısında bir neçə aydır “aylıqlarının” verilməməsinə etiraz olaraq “özlərini yandırması” barədə bilgi verib.

Qurumun Telegram kanalının məlumatına görə, üç fəhlə 19 xordad, sözügedən idarənin peymankarları tərəfindən “aylıqlarının verilməməsinə” etiraz olaraq özlərini yandırıblar.

Onlarının durumu ilə bağlı hələlik heç bir məlumat verilmir.

Bildirək ki, 1399-cu ildən indiyədək İranda artan yoxsulluq və iqtisadi çətinliklər üzündən fəhlələrin və başqa ictimai qrupların özünü yandırması və intihar etməsi barədə çoxsaylı xəbərlər yayılıb.

Örnək olaraq, 1399-cu il xordadın 22-də İmran Roşəni Muqəddəm adlı gənc Ələhvazın Hoveyzə şəhərində yerləşən Yadavəran meydanındakı nəft təsisatında özünü asıb. İLNA xəbər ajansı həmkarlarına istinadən onun intihar səbəbinin peymankar şirkətindən aylığını ala bilməməsi olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button