Azərbaycanİran

İranda Azərbaycan səfirliyinə hücumda ittiham olunanların məhkəməsi başlayır

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumda təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq başa çatıb və onlara ittiham aktı elan edilib.

Bu barədə Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi bildirib.

Prokuror qeyd edib ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxslərin cinayət işi kifayət qədər operativ və dəqiqliklə aparılıb. Əli Salehinin sözlərinə görə, bu işlə bağlı digər şübhəli məqamlar da mövcuddur.

Salehi onu da bildirib ki, iş üzrə iki ölkə arasında məhkəmə əməkdaşlığı prosesin sonuna qədər davam edəcək və təqsirləndirilən şəxslərə ədalətli hökm çıxarılacaq.

Related Articles

Bir cavab yazın

Back to top button