İran

İran ərəbləri Azərbaycan Cumhuriyyətinə dəstək bəyanatı yayıblar

“Əl-Əhvaz” Azadlıq Cəbhəsi İranın Azərbaycana qarşı təhdidlərinə cavab bəyanatı yayıb.

İranda yaşayan ərəblərin “Əl-Əhvaz” Azadlıq Cəbhəsi İran hökumətinin Azərbaycan Cumhuriyyətinin iç işlərinə qarışması ilə bağlı bəyanat yayıb.

Açıqlamada, İranın Araz qırağı bölgələrində, Azərbaycan Cumhuriyyəti ilə sınırda manovr keçirməsi tərəfimizdən güc nümayişi və Azərbaycanın daxili işlərinə qarşımaq kimi dəyərləndirilib və pislənilib.

Bəyanatda yazılıb:

“İran rejimi hakimiyyəti ələ aldıqdan sonra bütün uluslararası konvensiyaları ayaq altına atıb. Qonşuluq münasibətlərinə zidd hərəkətlər edərək bütün qonşu və bölgə dövlətlərinin iç işlərinə müdaxilə edib.

Bu müdaxilələr münasibətləri gərginləşdirib, əmniyəti durumu pozub, qırğınlara səbəb olub və terrorçuluğun, fundamentalist cərəyanların gəlişməsinə yol açıb.

Son günlər İran hökuməti ölkənin quzey-batı bölgəsində “Xeybər fatehləri” adı altında keçirdiyi manovrla güc nümayiş etdirərək Azərbaycan Cumhuriyyətini təhdid edib.

İran ordusunun başçılarından biri bu manovrun Azərbaycan, Türkiyə və Pakistanın birgə keçirdiyi manovra, İlham Əliyevin çıxışına cavab olduğunu bildirib.

İran yetkililəri hədələyici şəkildə bildiriblər ki, Azərbaycan Cumhuriyyətinin bütün potensialı və gəliri neft sadiratından asılı olduğu üçün zəif durumdadır.

Bu, bir halda baş verir ki, terroru dəstəkləyən İran rejimi bir başa və militarist əlaltıları vasitəsilə bölgədə sabitliyi və təhlükəsizliyi pozur.

“Əl-Əhvaz” Azadlıq Cəbhəsi İranın hədələyici nizami təlimini Azərbaycan Cumhuriyətinin daxili işlərinə qarışmaq kimi dəyərləndirir və uluslararası birliyi bu hərəkəti qınamağa çağırır”.

Related Articles

Bir cavab yazın

Back to top button