Azərbaycan

Azərbaycan Bayrağı Qafan aeroportunun yaxınlığında asıldı

Janviyənin 6-da Azərbaycan bayrağı Qafan hava limanı yaxınlığında asıldı. Bu haqda Qafan bələdiyyəsinin başqanı Gevorg Parsyan erməni mediasına açıqlamasında bildirib. Erməni bələdiyyə başqanının sözlərinə görə, azərbaycanlılar Qafan hava limanının yaxınlığında post qurublar.
Gevorg Parsyan qeyd edib ki, Azərbaycan Qafan hava limanına tam nəzarət edir.
Bildirək ki, Qafan hava limanı yaxınlığındakı adı çəkilən ərazilər Azərbaycanın Zəngilan şəhristanının torpaqlarıdır. Qarabağın azad edilməsindən sonra, Ermənistanla mərzlərin təyini zamanı Azərbaycan beynəlmiləl hüquqla müəyyənləşdirilmiş ərazi bütövlüyünü təmin edib.

Related Articles

Bir cavab yazın

Back to top button