İran

İranda bu qəzetə qadağa qoyuldu

İranda Mətbuata Nəzarət Heyəti “Cahan-e-Sanat” ruznaməsinə qadağa qoyub. Buna səbəb ruznamənin virus amarının gizlədilməsi və təhrif edilməsi ilə bağlı müsahibə dərc etməsidir. Belə ki, bir qrup iranlı jurnalist tvitterdə ruznamənin bağlanması haqda məlumat yayımlayıblar.
ruznamənin ötən günkü sayında “Koronovirusla bağlı amar siyasi səbəblərdən gizlədilir” başlıqlı yazı dərc olunub. İranda Koronavirusla Mübarizə Milli sitadının üzvü və epidemiolojist Məhəmmədrza Məhbubfər həmin müsahibədə deyib: “Ötən ilin dey ayının əvvəlində ölkədə koronavirusa ilk mərizin tutulması müşahidə edilib. Ancaq o zaman dövlət siyasi və əmniyəti mülahizələr səbəbi ilə məsələni gizlədib. 22 bəhmən tədbirlərindən və Məclis seçkilərindən sonra dövlət nəhayət ölkədə koronanın yayıldığını elan etmək təsmimi tutub”.
Qərargah rəsmisi sözlərinin davamında “Şübhəsiz ki, ölkədə korona mərizliyinin yayılmağa başlamasından indiyədək bu amar təhrif edilib” deyib.
“Fikrimcə, Sağlamlıq Vəzirliyinin açıqladığı amar həqiqi amarın iyirmidə biridir”, – deyə Məhəmmədrza Məhbubfər bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button