İran

İranda Dədə Qorqud kitabının çapına qadağa qoyuldu

Sosial mediada yayılan bilgilərə görə, bir qrup pan-farsist və “azəri”lər qrupuna bağlı şəxslər Dədə Qorqud kitabının İranda çap edilməsinə qarşı çıxıb.
Onlar İranın İslam mədəniyyəti və İrşad Vəzirliyinə məktub yazaraq Dədə Qorqud dastanının Orta Asiya türklərinə aid olduğunu və Azərbaycanla heç bir ilgisi olmadığı üçün İranda onun çapına icazə verilməməsini istəyiblər.
Bununla da, Dədə Qorqud kitabının farsca tərcüməsi və onunla bağlı araşdırma yazılarının da nəşrinə icazə verilmədiyi deyilir.
Dədə Qorqud dastanının araşdırmaçısı və nəşriyyatçı Nasir Nəssaci özünün Tuiter hesabında məsələyə toxunaraq “bu barədə deyilən söz-söhbətlər mənə sübut olundu. Dədə Qorqud dastanının Azərbaycan türklərinə aid olduğu nəzəriyyəsini gücləndirən antropoloji ilə bağlı araşdırma kitabımı İslam mədəniyyəti və İrşad Vəzirliyinə verdikdən 24 saat sonra mənə bu kitabın nəşrinə icazə verilmədiyini bildirdilər”-deyə, yazıb.
Bildirək ki, İranda Azərbaycan türklərinə qarşı belə yanaşma yeni olmasa da, UNESCO-nun qeyri-maddi fərhəngi miras listəsinə salınmış bir əsərin hətta farsca tərcüməsinin nəşrinə qadağa qoyulması təəccüb doğurur.
Məsələ ilə bağlı İranın İslam mədəniyyəti və İrşad Vəzirliyi indiyədək hər hansı açıqlama verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button