İran

İranda dərman qıtlığı yaşanacaq

Ölkədə səhiyyə və dərman sahəsinə ayrılan büdcə az olduğu üçün yaxın gələcəkdə dərman qıtlığı daha da dərinləşəcək. Bu barədə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, keçmiş səhiyyə naziri Məsud Pezeşkian deyib.

O, problemin köklü həll olunması üçün iş görülmədiyini və bu sahəyə ixtisaslı kadrların cəlb edilmədiyini bildirib:

“Böhranın həll yollarını axtarırlar, ancaq böhranın yaranmaması üçün tədbir görmək və plan qurmağa əhəmiyyət verilmir”.

Qeyd edək ki, bundan əvvəl Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi də deyib ki, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir.

“Dərman idxalçılarının və dərman xammalının likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara baxmayaraq, praktiki olaraq, hökumət dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli tədbir görməyib”,- deyə, Həmid Xoyi bildirib

Related Articles

Bir cavab yazın

Back to top button