İran

İranda dərmanlar 50 faiz bahalaşacaq

İranda fəaliyyət göstərən dərman şirkətlərinə yetərli valyuta ayrılmadığı təqdirdə bir çox dərmanların qiymətinin 50% bahalaşması qaçılmazdır.

Bu barədə İran parlamentinin Səhiyyə Komissiyasının rəhbəri Hüseynəli Şəhriyari xəbərdarlıq edib:

“Valyutanın ayrılmaması, xammal çatışmazlığı və başqa bu kimi səbəblərə görə bir sıra dərmanların qiymətləri bahalaşacaq. Dərman qıtlığı qaçılmazdır”.

O, ağır xəstələrə lazım olan dərmanların təmini üçün 5 trilyon tümən nəzərdə tutuluduğunu, ancaq bu büdcənin verilib-verilməyəcəyinin müəyyənləşdirilmədiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button