İran

İranda daha 10 məhbus edam edildi

İyunun 29-da Tehranın Kərəc zindanında daha 10 məhbus eyni vaxtda dar ağacından asılıb. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onlardan 8-nin qətldə, ikisinin isə qeyri-qanuni cinsi münasibətdə olduqları üçün edama məhkum edildiyi bildirilir. Edam olunanlar barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası məlumat yaymayıb. Bu üzdən onlardan yalnız ikisinin – İman Səfərirad və Mehdi Xalgəldinin kimliyini müəyyən etmək mümkün olub. İbrahim Rəisi İranın prezidenti postuna yiyələndikdən sonra edamların sayı kəskin artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Tehran hökuməti edam cəzalarının icrasına görə dünyada rekord qırıb. Qeyd edək ki, İranda icra edilən edam cəzalarının 88%-i barədə rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri bunu “gizli edamlar” adlandırırlar. Buna görə də, ölkədə həyata keçirilən edamların rəsmi statistikada göstərildiyindən dəfələrlə çox olduğu güman edilir.

Related Articles

Bir cavab yazın

Back to top button