İran

Behnam Şeyxi və Həmid Mənafi Evin həbsxanasına qayıdıblar

Azərbaycanlı milli fəallar Behnam Şeyxi və Həmid Mənafi Nadarlının mürəxəsiləri bitib. Belə ki, fəallar 1399-cu ilin dey ayının 4-ü Evin zindanına qayıdıblar.
Qeyd edək ki, azərbaycanlı fəallar bu ilin azər ayının 9-u Tehran Əyaləti Baharistan vilayətinin Hökmlərin İcrası Şöbəsinin razılığı ilə mürəxəsiyə buraxılıblar. Buna səbəb koronavirus infeksiyası ilə əlaqədar olaraq zindanda vəziyyətin təhlükəli həddə çatması olub. Məhkəmə Qüvvəsinin bəxşnaməsinə əsasən məhkumlar müvəqqəti azadlığa buraxılıblar.
Behnam Şeyxi, Həmid Mənafi Nadarlı, Əkbər Azad və Əlirza Fərşi 92-ci ildə Dünya Ana Dili Günü mərasimində tutuqlanıblar. Tehran Əyaləti Təcdid-Nəzər Məhkəməsinin 54-cü Şöbəsi tərəfindən onlara 2 ilədək təziri həbs hökmü çıxarılıb. Həmin hökm bu ilin tir ayının 31-i Behnam Şeyxi, Həmid Mənafi Nadarlı və Əlirza Fərşi haqqında icraya yönəldilib.
Bildirək ki, Əlirza Fərşi mürəxəssiyə göndərilməyib və o, hazırda Böyük Tehran Zindanındadır.

Related Articles

Bir cavab yazın

Back to top button