İran

İranda daha 347 nəfər təhlükəli infeksiyasının qurbanı olub

İranda son 24 saatda daha 347 nəfər koronavirusdan həyatını itirib. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. Onun sözlərinə görə, İranda bu virusdan ölənlərin sayı 49 645 nəfərə yüksəlib.
Nazirlik rəsmisi bildirib ki, İranda ötən gün 13 341 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə təhlükəli infeksiyaya yoluxanların sayı 1 016 835 nəfərə çatıb. Virus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Rəsmi məlumata görə, İranda indiyədək 708 106 nəfər koronavirusdan müalicə alaraq sağalıb. Ümumilikdə 6,29 milyondan çox diaqnoz testi həyata keçirilib.
Nazirlik rəsmisi İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı və 106 rayonun isə sarı zona olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button