İran

İranda daha 6 nəfər edam ediləcək

İnsan haqları təşkilatları İranın Kirman şəhərində daha 6 məhkumun edam ediləcəyi barədə xəbər yayıb. Onlar beynəlxalq təşkilatları bunun qarşısını almaqla bağlı İrana təzyiq göstərməyi tələb ediblər.

Məhkumların ortalama yaş həddinin 27 olduğunu bildirən insan haqları təşkilatı onların edam hökmünün məhkəmə tərəfindən təsdiq olunduğunu qeyd ediblər.

Məlumatda məhkumların bundan öncə hər hansı cinayət əməllərinin olmadığını. Həbsxanada ağır işgəncələrə məruz qaldıqları bildirilib.

İnsan haqları təşkilatı məhkumların nədə ittiham olunduqları barədə hər hansl məlumat verməyib.

Bundan bir neçə gün öncə İran İnsan Haqları Monitorinq Qrupunun yaydığı məlumata görə, 2022-ci ilin mart ayında ölkə üzrə biri qadın olmaqla 39 nəfər dar ağacından asılaraq edam edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi.

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Related Articles

Bir cavab yazın

Back to top button