İranSağlıq & Yaşam

İranda daha 70 nəfər koronavirusdan həyatını itirib

İranda son 24 saatda daha 70 nəfər koronavirusdan dünyasını dəyişib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari bilgi verib. Bununla da İranda təhlükəli virusdan ölənlərin sayı 57959 nəfərə çatıb. Vəzirlik rəsmisinin sözlərinə görə, İranda ötən bir gündə 6268 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə mərizliyə yoluxanların sayı 1417999 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi bildirib ki, mərizlik daşıyıcılarından 3932 nəfərin durumu ağırdır. Qeyd edək ki, İranda indiyədək 1210051 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button