İran

İranda daha 89 nəfər koronavirusdan dünyasını dəyişib

İranda son 24 saatda daha 89 nəfər koronavirusdan həyatını itirib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. Rəsmi məlumata əsasən, ölkədə bu virusdan ölənlərin sayı 59 572 nəfərə yüksəlib. Ötən bir gündə koronavirusa yoluxanların sayı 8 263 nəfər artıb. Beləliklə, bu virusa yoluxanların sayı 1 582 275 nəfərə çatıb. Virus daşıyıcılarından 3 685 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Sima Sadat Lari bildirib ki, İranda indiyədək 1 351 390 nəfər koronavirusdan sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button