İran

İranda daha bir jurnalist həbs edilib

Tehran şəhərinin Apellyasiya Məhkəməsi tanınmış jurnalist və ictimai fəal Ruhullah Nəxəi barədə ilkin məhkəmənin 2 illik həbs qərarını təsdiq edib.

Bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.

Xarici və beynəlxalq siyasi məsələlər üzrə jurnalist Ruhullah Nəxəi 22 sentyabr 2022-ci ildə etiraz aksiyaları barədə məlumat yaydığı üçün həbs edilib.

Qeyd edək ki, son 8 ay ərzində İranda 70 jurnalist həbs edilib.

Onlarla jurnalist isə təhlükəsizlik və prokurorluq orqanlarına çağırılaraq dindirilib.

Related Articles

Bir cavab yazın

Back to top button