İran

İranda daha bir siyasi fəala hökm oxundu

İranda Mehdi Mahmudian adlı fəala paylaşdığı "Twitter" yazılarına görə hökm oxunub.

İranda Mehdi Mahmudian adlı fəala paylaşdığı “Twitter” yazılarına görə hökm oxunub.

“Aznews tv” xəbər verir ki, bu barədə onun vəkili Mustafa Nili məlumat verib.

Bildirilir ki, o, “Twitter”də paylaşdığı yazıya görə 4 ay həbs və 2 milyon tümən nağd pul cəzasına məhkum edilib.

Nili “Emdad-e nou” xəbər-təhlil saytına verdiyi açıqlamasında bildirib ki, müvəkkili Mehdi Mahmudian 2020-ci il iyulun 11-də “yalan məlumatlar yaymaq” ittihamı ilə bir sıra twitlər paylaşmaqda təqsirli bilinib.

Xatırladaq ki, Mahmudianın “Twitter” paylaşımları əsasən, Həbibullah Sarinin “İRNA” ajansına verdiyi videomüsahibənin yığışdırılması və Sepah və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) sözügedən medianın bəzi rəhbər və işçilərinə qarşı şikayətləri barədə olub.

Related Articles

Bir cavab yazın

Back to top button