
İran şəhərlərində qapı və divarlara bədən əzası satışı ilə bağlı elanlar yapışdırılıb. Bu barədə ordibehiştin 27-də “Tecarat News” saytı xəbər verib. Məlumata görə, həmin şəxslər iqtisadi müşküllərə görə belə bir addım atıblar. Elan sahiblərindən biri gəlirinin borclarını ödəməyə yetmədiyini, buna görə də böyrək və ya qaraciyərini sata biləcəyini diqqətə çatdırıb. Başqa biri isə 25 yaşının olduğunu və böyrəyini satmaq istədiyini bildirib. Bir elan sahibi də 10 yaşlı oğlunun Cərrahi əməliyyat xərclərini ödəyə bilmədiyi üçün böyrəyini satmaq istədiyini vurğulayıb. Özəlliklə elanların gənclər tərəfindən yazılması diqqət cəlb edir. Vurğulayaq ki, ölkədəki iqtisadi müşküllər əhalinin dolanışığını çətinləşdirib. İnsanlar dolanışıqlarını təmin etmək üçün bu kimi üsullara üz tutmaq zorunda qalıblar.