Azərbaycanİran

İranda edam cəzalarının icrası prosesi sürətləndirilib

Müxtəlif cinayətlərdə ittiham olunan şəxslərlə yanaşı siyasi baxışına görə həbs edilən məhkumlarda edam edilir.

İbrahim Rəisi prezident seçiləndən sonra artan edam halları etiraz aksiyaları başladıqdan sonra dahada çoxalıb.

Siyasi fəallar və hüquq müdafiəçiləri ictimaiyyətə və beynəlxalq təşkilatlara İranda edam hökmlərinin verilməsi və icrası sayının kəskin artması ilə bağlı müraciət ediblər.

Onlar İslam Respublikasının etirazçıları və siyası fəalları narkotik maddə alverçisi və başqa bu kimi saxta ittihamlarla öldürməyə çalışdığını bildirirlər.

Bir müddət bundan öncə İranda edamlarla bağlı yayılan son hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib, bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

Bundan əvvəl 10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub. (Axar.az)

Related Articles

Bir cavab yazın

Back to top button