İran

İranda edam sayı artmaqda davam edir-Daha 8 məhkum edam edilib

İnsan haqları təşkilatlarının İranda yeni edam dalğasının başlanması ilə bağlı xəbərdarlıqları özünü doğruldub.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, sentyabrın 7-də İranın Minab və Kərəc şəhərlərinin zindanlarında daha 8 məhkumun barəsində çıxarılan edam hökmü icra edilib.

Hormozqan əyalətinin Minab şəhərinin zindanında narkotik maddələrin alverində günahlandırılan 34 yaşlı Nurullag Salarzehi adlı məhkum edam edilib.

Eyni gündə Kərəcin Rəcaişəhr” zindanında adam öldürmək və narkotik alverində ittiham edilən daha7 nəfərin həyatına son qoyulub.

İnsan haqları müdafiəçiləri edam edilənlərdən Xosrov Nurbəxş, Məhəmməd Ərəb və Əbülfəz Şahinin kimliyini müəyyənləşdirə biliblər.

Qeyd edək ki, son vaxtlar edam saylarının çoxalması ilə eyni vaxtda sentyabrın 6-da edam cəzasına məhkum edilmiş bir sıra məhbus ailələri Kərəc şəhərinin İnqilab Məhkəməsi qarşısında etiraz aksiyası keçirib və edamların dayandırılmasını istəyiblər.

İranda İnsan Haqları Kampaniyasının verdiyi məlumata görə, son 9 ayda İranda 376 nəfər edam edilib və edam edilənlərin sayı hər gün artmaqda davam edir.

“İran İnsan Haqları Təşkilatı”nın məlumatına görə, mövcud statistik məlumatlar göstərir ki, İran İslam Respublikası son 30 ildə dünyada uşaqların edam edilməsinin 70%-nə cavabdehdir.

Related Articles

Bir cavab yazın

Back to top button