Azərbaycanİran

Həmədanda su böhranı şiddətləndi- Ekbatan su bəndi qurudu

Ekbatan su bəndi Həmədan şəhərinin içməli suyunu təmin edən əsas qaynaqdır.

Sosial media və çevrə fəallarının yaydığı foto və məlumatlardan Həmədan əyalətinin Ekbatan su bəndinin tamamilə quruduğu görünür.

Onlar 36 milyon kubmetr su tutumu olan bəndin Həmədan şəhərinin suya olan ehtiyacının 60 faizini təmin etdiyini yazır. bəndin arxasında suyun qalmaması səbəbindən su çatışmazlığı böhranının dahada şiddətlənəcəyini bildirirlər.

Qeyd edək ki, Həmədan əyalətində su qıtlığının yaşanması və günlərlə içməli suyun verilməməsi nəticəsində son iki həftədə dəfələrlə etiraz aksiyaları keçirilib.

Avqustun 23-də küçələrə axışan həmədanlılar hökumətə qarı şüarlar səsləndirdikləri üçün polis və xüsusi təyinatlı qüvvələrlə qarşıdurma yaranıb.

Bir sıra ekoloq və mütəxəssislər İran hökumətinin yanlış idarəetmə üsülu nəticəsində bu ölkədə su böhranının başladığını, yeraltı su qaynaqlarının 55 faizinin tükəndiyini bildirirlər.

Onların fikrincə qarşıda gözlənilən su müharibələrində İran məcburi olaraq ön sıralarda olacaq.

Qeyd edək ki, bundan öncə Xuzistan başda olmaqla İranın bir sıra bölgələrində su qıtlığına qarşı başlanan etiraz aksiyalarında onlarla vətəndaş öldürülüb, çox sayda insan qondarma ittihamlarla həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button