İran

İranda etiraz aksiyaları davam edir

İranda etiraz aksiyalarI davam edir. Mayın 16-dan 17-ə keçən gecə onlarla şəhərdə etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, aksiyalara mayın 6-dan başlayıb.

Onlarla şəhərdə keçirilən aksiyalar zamanı çox sayda etirazçının saxlanıldığı, Şəhri-Kurdda etirazçılarla hökumət məmurları arasında qarşıdurma yarandığı bildirilir.

Etirazçılar “Bəxtiyari ölər ancaq başaşağılığı qəbul etməz” kimi şüarlar səsləndirərək bəxtiyarıləri aksiyalara qoşulmağa çağırıblar.

Məlumatda polis məmurlarının əhaliyə qarşı ehtiyatlı davrandığı üçün İnqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi qüvvələrin cəlb olunduğu qeyd olunur.

Bununla yanaşı Tehranın Vənək, Azadi və Payaneyi-Qərb bölgələrində də vətəndaşlar hökumətə qarşı şüarlar səsləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button