İran

İranda etnik bəluçlara qarşı repressiya güclənib

Son 3 gün ərzində Zahidanda ən azı 70 bəluç vətəndaşın saxta ittihamlarla həbs edilib.

Bu barədə keçmiş siyasi məhbus və bəluç media fəalı Məhəmməd Sabir Malik Rəisi “Twitter” hesabında yazıb.

Malik Rəisi eləcə də, Zahedanda həbslərin artdığını və “hərbi idarəetmə” rejimi yaradıldığını bildirib.

“İstənilən yerdə iki nəfərdən çox adamın toplanması həbsə bərabərdir”,-deyə, o qeyd edib.

Zahidanın şəhər sakinləri üçün böyük bir həbsxanaya çevrildiyini bildirən fəal yanvarın 1-i axşam saatlarından başlayaraq, ETTELAAT və SEPAH kəşfiyyatının hücumu nəticəsində şəhərin müxtəlif bölgələrində çoxlu bəluç gəncin saxlanılaraq naməlum yerlərə aparıldıqlarını yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button