İran

İranda evsizlərin sayı kəskin artır

İranda hər gün bahalaşan yaşayış xərcləri, o cümlədən Tehran kimi böyük şəhərlərdə kirayə qiymətləri yüksək olduğu üçün ölkədə evsizlərin sayı getdikcə artır.

İranda hər gün bahalaşan yaşayış xərcləri, o cümlədən Tehran kimi böyük şəhərlərdə kirayə qiymətləri yüksək olduğu üçün ölkədə evsizlərin sayı getdikcə artır.

“Aznews tv” xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda və fotolarda onlarla evsiz insanın bu soyuq havada avtobusun içində yatdıqları görünür.

Ən maraqlı məqam isə budur ki, əsasən kənar bölgələrdən gələrək böyük şəhərlərdə çalışan fəhlələr aldıqları maaşla dolana bilmədikləri üçün avtobuslarda yatmalı olurlar. Lakin bu, o qədər də asan deyil. Çünkü avtobusda yatmaq üçün, hər 45 dəqiqəlik yuxu üçün 3 min tümən ödəməlisən.

Avtobusun sürücüsü bu haqda deyib: Elə bilməyin ki, onlar uyuşdurucu maddə istifadəçiləridir. Onların hər biri gündüz işləyir, gecələr isə evsiz olduqları üçün avtobusda yatmağa məcbur qalır

Related Articles

Bir cavab yazın

Back to top button