İran

İranda geniş etirazlar başlanır- 8 təşkilat birgə bəyanat yaydı

Məhsa Əmininin qətlinə etirazların ardınca sentyabrın 19-da İran şəhərlərində müxtəlif tətillər və ictimai matəm çağırışları dərc olunub və müxtəlif siyasi qruplar bu çağırışları dəstəkləyib.

Xaricdə İran hökumətinə müxalif olan səkkiz siyasi təşkilat birgə bəyanat yayıb.

Onlar Məhsa Əmininin öldürülməsini “İslam Respublikasının sonunun başlanğıcı” adlandırıb və ölkə daxilindəki etirazları dəstəkləyərək, xaricdəki müxalifət qruplarından xahiş ediblər ki, etirazların səsini beynəlxalq ictimaiyyətin qulağına çatdırsınlar.

Bununla yanaşı Neft İşçilərinin Sendikatı da Məhsa Əmininin ailəsinə başsağlığı verərkək, bütün neft sənayesi işçilərini aksiyaçılarla həmrəy olmağa çağırıb və bu cür cinayətlər qarşısında səssiz qala bilməyəcəyəcəklərini bildirib.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülüb.

Həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbər yayılıb.

Sentyabrın 16-ı günortadan sonra isə o, dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button