Azərbaycanİran

Təbrizli millət vəkili Məhsa Əmininin öldürülməsinə münasibət bildirib: “Tanrının bizə və uşaqlarımıza yazığı gəlsin”

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan Tehranda hicab qaydalarına əməl etmədiyi üçün İranın əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əmini hadisəsi barədə açıqlama verib.

“Bizim ölkəmizdə xalqın qızını saçının bir neçə teli göründüyünə görə tutub sonrada meyitini ailəsinə təhvil verirlər”-deyə, Pezeşkiyan bildirib.

O, bir neçə misal çəkərək şah dövrünün indiki ilə müqayiüsədə daha çox ədalətli olduğunu deyib.

“Hazırki hökumət dövründə bir qrup şəxs oğurlayır, bir qrup yeyir-dağıdır, digər qrupu qanunu pozur”-deyə, Təbrizin millət vəkili hakimiyyəti tənqid edib.

Related Articles

Bir cavab yazın

Back to top button