İran

İranda havanın çirklənməsi ildə 33 min adamın həyatını itirməsinə gətirib çıxarır.

İran Dövlət Telekanalı yanında Gənc Dövlət Jurnalistlər Klubunun məlumatına görə İranın Səhiyyə Nazirinin müavini Əli Riza Rəisi  havanın çirklənməsinə  dair açıqlamasında  ölkədə hava çirkliliyinin qlobal seviyyədən 3,3 dəfə çox  olduğuna diqqət çəkib.

Rəisi: “Böyük şəhərlərdə havanın çirklənməsi səbəbindən 2,5 mikrondan kiçik hissəciklər insanların ağciyərlərinə və toxumalarına nüfuz edərək müxtəlif xəstəliklərə səbəb olur. Hava çirkliliyi Paytaxt Tehran başda olmaqla ölkənin fərqli ərazilərində  ildə  33 min adamın ölümünə  səbəb  olur. Ümumdünya Səhiyyə Təşkilatının  hesabatına görə havanın çirklənməsinin  İrana  zərəri  30 milyard dollara çatıb.

Qeyd edək ki, Tehranda havanın çirklənməsinə  amil səbəblər arasında əhalinin sıxlığı, köhnə nəqliyyat vasitələri və milyonlarla motosikl ilə buraxılan eqzos qazlarıdır.

Dünya hava çirkliliyi reytinqində  Tehran  ilk 12 şəhər arasında  iştirak edir.

Related Articles

Bir cavab yazın

Back to top button