İran

İranda hökumət daxilində fikir ayrılıqlarının güclənməsi ilə küçələr, məmurlar və rejim tərəfdarları üçün təhlükəlidir

Sentyabrda başlayan və ağır repressiyalara baxmayaraq davam edən altı həftəlik ümumxalq etirazları İran rəsmilərini müxtəlif təşkilat və qurumlarda qarşı-qarşıya qoyub.

Görünür, xalqı sıxışdırmaqda canfəşanlıq edən hüquq mühafizə orqanlarının komandirləri və şəxsi heyətinin tənqidinə tuş gələn ilk qurumlardır. Odur ki, Sistan və Bəluçestan polis qüvvələrinin komandiri və Zahedan şəhərinin polis rəisi “nöqsanlar”a görə işdən çıxarıldığı üçün polis komandirləri və şəxsi heyətinin hakimiyyətin qurbanına çevrilib.

İran parlamentinin üzvü Əhməd Əlirza Beygi “İSNA”ya müsahibəsində polisin davranışını tənqid edərək Məhsa Əmininin öldürülməsinə, habelə Zahedan əhalisinin qətliamına işarə edərək polis idarəçiliyində sui-istifadə hallarının olmasının ölkəyə ciddi ziyan vurduğunu bildirib.

“İSNA” və bəzi internet saytlarında bu deputatın çıxışının bəzi hissələri silinib ki, bu da özlüyündə rejim məmurlarının mövqelərində çaşqınlıq və nizamsızlıqdan xəbər verir, hansı ki, idarə edə bilməyəcəkləri vəziyyətə görə bir təfdən hansı şəxsləri və qurumları cavabdeh kimi təqdim edəcəklərini bilmirlər, digər təfdən də insanların şüarlarına cavab vermək iqtidarında deyillər, çünki xalq onları devirmək istəyir”.

Related Articles

Bir cavab yazın

Back to top button