İran

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

İranda hökumət məmurları etnik kökəncə Qaşqay türkü İsa Roşəndil Doğanlı adlı gənci öldürüblər. Bu barədə Qaşqay fəalları məlumat yayıb.

Məlumata görə, Buşehr əyalətində 8 nəfər hökumət məmuru qaşqay türklərinin yaylaq və otlaq ərazilərini təftiş adı ilə bölgəyə gedib, İsa Roşəndil Doğanlının yenicə tikdiyi evi sökmək istəyiblər.

Bağlama Bulağı adlı yurd yerində silahlı məmurlar tərəfindən evinin sökülməsinə etiraz edən qaşqay gəncə atəş açılıb. Qaşqay gənc qan itirmədən dünyasını dəyişib.

İsa Roşəndil Doğanlı 39 yaşında olub və iki uşaq atasıdır.

Qeyd edək ki, son vaxtlar Qaşqay türkərinin yaşadıqları bölgədən köçmələri üçün onlara sistemli təzyiqlər göstərilir.

Son il ərzində İsfahanın Səmirom bölgəsində də Qaşqaylara məxsus yaşayış yerləri dağıdılıb və onlara bölgəni tərk etmək barədə xəbərdarlıq edilib.

İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərddir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button