İran

İranda Hollandiya vətəndaşı həbs edilib

İranda Hollandiya vətəndaşı həbs edilib. Bu barədə insan haqları təşkilatları məlumat veriblər.

İnsan haqları təşkilatlarının verdiyi xəbərə görə, Tehranın Evin zindanının 8-ci bölməsində Hollandiya vətəndaşı saxlanılır.

Xəbərdə Kes Lenon Borx adlı hollandiyalının “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum edildiyi bildirilir.

Hollandiya vətəndaşının işi ilə bağlı ətraflı təfərrüatlar hələ dərc edilməyib və İran hökumətinin rəsmiləri hələlik bu xəbərə münasibət bildirməyiblər.

Hollandiya vətəndaşının İran məhkəməsi tərəfindən 3 il həbs cəzasına məhkum edilmiş Polşa Universitetinin professoru Maçiyay Valsakla eyni bölmədə saxlanıldığı deyilir.

Keçən illərdə İran hökuməti bir neçə əcnəbi və ikili vətəndaşlığı olan şəxsləri müxtəlif ittihamlarla, o cümlədən “casusluq”, “xarici təhlükəsizlik qurumları ilə əməkdaşlıq etmək” və ya “rejimə qarşı fəaliyyət” ittihamı ilə həbs edib, onların bəzilərini xaricdə həbsdə olan özünə bağlı məhbsularla dəyişib.

Bu cür hərəkətlərə görə İran hökuməti bir sıra demokratik ölkələr və beynəlxalq təşkilatlar tərəfindən girov diplomatiyası kimi tanınan siyasəti həyata keçirməkdə ittiham olunur.

Related Articles

Bir cavab yazın

Back to top button