İran

İranda iki ərəb universitet müəllimi həbs olunub

Əndimeşk Universitetinin müəllimi Arzu Rəhimxani və onun həyat yoldaşı Ramin Biranvəndin həbsi barədə qərar çıxarılıb. Qərarı İranın ərəblər yaşayan Xuzistan əyalətinin Dezful şəhərinin İnqilab Məhkəməsi verib.

Bu barədə ərəb fəalları sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, bazar günü İnqilab Məhkəməsinin birinci bölməsi tərəfindən verilən qərara görə, hər iki müəllim iki il azadlıqdan məhrum edilib.

“Hökumətə qarşı təbliat”da ittiham olunaan müəllimlər həbs cəzası ilə yanaşı Universitetdə dərs demək hüquqlarından da məhrum olunublar.

Müəllimlər bir müddət öncə İran hökumətinin inqilabdan sonra edam etdiyi və kütləvi məzarlıqda basdırdığı siyasi məhbusların məzarları üstünə gül qoyduqları üçün təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar.

Fəallar bundan bir ay öncə təhlükəsizlik idarəsinin Arzu Rəhimxaniyə Universitetdən qovulduğu barədə məlumat verdiklərini, ancaq bu barədə ona yazılı bildiriş göndərilmədiyini deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button