İran

İranda iki cinsi azlıq fəalına ölüm hökmü çıxarılıb

Onların ölüm hökmü Urmu şəhərinin İnqilab Məhkəməsi tərəfindən çıxarılıb.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İnqilab Məhkəməsi iki cinsi azlıq nümayəndəsi barəsində edam hökmü çıxarıb.

31 yaşlı Zəhra Sədiqi Həmədani və 24 yaşlı İlham Çubdar “homoseksuallığın təbliği ilə yer üzündə fəsad yaymaq”da ittiham olunublar.

Məlumatda edam hökmünün hər iki məhkuma elan olunduğu,  eyni cinayət işində adı olan və Urmu zindanının qadınlar bölməsində saxlanılan 52 yaşlı Süheyla Əşrəfinin də edam hökmünün elan olunacağının gözlənildiyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button