İran

İranda iki gəncin edamının qarşısını almaq üçün çağırış edildi

"Tehran Məhəllələrinin Gəncləri" qrupu yanvarın 9-a Kərəcdə etiraz aksiyasına çağırış ediblər.

Qrup, edam öncəsi Kərəcin Rəcayişəhr zindanının təkadamlıq kameralarına köçürülən Məhəmməd Bruğəni və Məhəmməd Qubadlu adlı gənclərin edamının qarşısını almaq üçün vətəndaşlardan zindan ətrafına toplaşmağı istəyiblər.

Qeyd edək ki, yanvarın 9-u səhər saatlarında hökumət qüvvələri Kərəc şəhərinin həbsxanası qarşısına toplaşan məhkumların yaxınlarına atəş açıb.

“Tehran Məhəllələrinin Gəncləri” qrupu bundan öncə etdiyi çağırışlarda Tehranın bir neçə məntəqəsində on minlərlə vətəndaşın aksiyalara qoşulmasına və təsirli aksiya keçirməsinə nail olub.

Related Articles

Bir cavab yazın

Back to top button