İran

İranda iki yeniyetmə etnik bəluç edam edilə bilər

İran da iki yeniyetmə etnik bəluç edam edilə bilər. Onların barəsində çıxarılan hökmün edam ola biləcəyi ehtimalı yüksəkdir.

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin həbsxanasında saxlanılan 16 və 17 yaşlı Əli və Məhəmməd Rəxşaniyə qarşı ağır ittiham irəli sürüldüyü bildirilir.

Bəluç Fəalların Kampanyasının verdiyi xəbərə görə, Zahidan məhkəməsi yeniyetmələrə barədə “müharibə” hökmünün çıxarıldığını onların vəkili Əli Kərimiyə bildirilsə də, hökmün təfərrüatı barədə heç bir açıqlama verilməyib.

İrəli sürülən ittiham İran qanunlarına görə ən ağır cəza olan edamla nəticələndiyi üçün yeniyetmə bəluçların asılacaqları təhlükəsi yüksəkdir.

Məlumatda 64 gün öncə saxlanılan Əli və Məhəmməd Rəxşaniyə ailələri ilə görüşmək və danışmaq icazəsi verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button